Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Bakı, 21 mart, ARHD.AZ


Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib.

ARHD.AZ xəbər verir ki, bu barədə “Koreyanın Səsi” radiostansiyası məlumat yayıb.

Raketin hərtərəfli döyüş qabiliyyətini sınaqdan keçirmək məqsədi daşıyan buraxılış martın 20-də reallaşıb. Onu Şimali Koreyanın Raket İstehsalı Baş İdarəsi həyata keçirib.

Raketin sınaqlarını Şimali Koreya lideri Kim Çen In və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Hərbi Komitəsinin yüksəkvəzifəli şəxsləri izləyiblər . Yeni raket artıq istehsala buraxılıb.

Baxış sayı: 1 236

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə