Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Bakı, 21 mart, ARHD.AZ


ABŞ və Ukrayna ən qısa zamanda faydalı resurslarla bağlı saziş imzalayacaq.

ARHD.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib. "Mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyanın müxtəlif yerlərində nadir torpaq metallarının, mineralların və daha çoxunun işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq", - deyə Amerika lideri vurğulayıb.

Baxış sayı: 2 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə