Aleksandar Vuçiç: Serbiyada xarici qüvvələr “rəngli inqilab”a cəhd etdilər

Belqrad, 19 mart, ARHD.AZ


Serbiyada xarici qüvvələr “rəngli inqilab” ssenarisini həyata keçirməyə cəhd göstərdilər.

ARHD.AZ xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O, etiraz aksiyalarının ölkə iqtisadiyyatını məhv etdiyini, kimlərinsə cavabdehlik daşımalı olduğunu və güc mərkəzlərinin müstəqil liderləri hədəfə aldığını söyləyib.

“Müəyyən güc mərkəzləri müstəqil və azadlıqsevən liderləri aradan götürmək məqsədi daşıyan təşkilatları maliyyələşdirir. Qeyri-dövlət sektorunun inkişafı adı altında xaricdən ayrılan vəsaitlərin böyük hissəsi liberal dövlətlərə qarşı təxribat fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunur. Onlar “müstəqil qərar qəbul etmək” deyilən şeyə dözə bilmirlər və buna görə də qarşıdurmalar yaradırlar. Serbiyada qeyri-hökumət təşkilatlarını əsasən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Demokratiya üçün Milli Fondun (NED), İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA), Marşal Fondu, İsveç, Almaniya səfirlikləri və digərləri maliyyələşdirib”, - deyə ölkə başçısı bildirib.

Bundan başqa, Aleksandar Vuçiç Avropa rəsmiləri və NATO-nun Baş katibi ilə danışıqlarda Bosniya və Herseqovinada gərginliyi azaltmaq üçün yollar tapmağa çalışacağını qeyd edib.

Xatırladaq ki, martın 15-də paytaxt Belqradda minlərlə insanın iştirakı ilə etiraz aksiya keçirilib. Həmçinin Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serbska Respublikasında gərginik artıb.

Baxış sayı: 2 003

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə