“Audi” 2029-cu ilədək Almaniyada 7 min 500 iş yerini ixtisar edəcək

Bakı, 18 mart, ARHD.AZ



“Audi” 2029-cu ilədək Almaniyada 7 min 500 iş yerini ixtisar edəcək


“Volkswagen Group” konserninə daxil olan lüks avtomobil istehsalçısı “Audi” 2029-cu ilədək Almaniyada 7,5 min iş yerini ixtisar etməyi planlaşdırır.

ARHD.AZ xəbər verir ki, bu addım “Audi” kompaniyasının məhsuldarlığını və gəlirliliyini artırmaq üçün nəzərdə tutulub. İxtisarların kompaniyanın illik xərclərini 1 milyard avrodan çox azaltmağa yardım edəcəyi gözlənilir.

“İqtisadi mühit getdikcə çətinləşir, rəqabət təzyiqləri və siyasi qeyri-müəyyənlik şirkət üçün böyük problemlər yaradır”, - deyə kompaniyanın bəyanatında bildirilir.

Şirkətin baş direktoru Gernot Döllner, həmçinin kompaniyanın Almaniya müəssisələrinə təxminən 8 milyard avro sərmayə yatırmağı planlaşdırdığını deyib.

Qeyd edək ki, “Audi” kompaniyasının bütün dünyada 87 mindən, o cümlədən Almaniyada 54 mindən çox işçisi var.

Baxış sayı: 6 588

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə