Donald Tramp martın 18-də Vladimir Putinlə danışacaq

Bakı, 17 mart, ARHD.AZ


ABŞ Prezidenti Donald Tramp martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

ARHD.AZ xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə təşkil olunan mətbuat konfransında deyib.

Birləşmiş Ştatların dövlət başçısı Rusiya lideri ilə Ukraynanın işğal olunmuş əraziləri məsələsini müzakirə etmək niyyətində olduğunu vurğulayıb. “Düşünürəm ki, biz ərazilər və elektrik stansiyaları haqqında danışacağıq, çünki bu, vacib məsələdir”, - deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna münaqişəsini həll etmək üçün çox yaxşı şans yaranıb.

Baxış sayı: 2 004

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə