Finlandiya Ukraynaya 200 milyon avroluq hərbi yardım ayırıb

Bakı, 13 mart, ARHD.AZ

Finlandiya Ukraynaya 28-ci hərbi yardım paketi ayırıb.

ARHD.AZ xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi yardım paketinin dəyəri təxminən 200 milyon avro təşkil edir.

Nazirlik təhlükəsizlik nöqteyi-nəzərindən yardımın məzmununu, çatdırılma vaxtını və üsulunu məxfi saxlayıb.

Qeyd edək ki, bir müddət öncə, Finlandiya Ukraynaya dəstək məqsədilə yeni proqrama start verildiyini açıqlayıb. Helsinki bu proqram çərçivəsində ölkənin müdafiə sənayesinin 660 milyon avro alacağını elan edib.

“Son qərarların həyata keçirilməsindən sonra Finlandiyanın Ukraynaya maliyyə yardımının ümumi həcmi 3,3 milyard avroya çatacaq”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Baxış sayı: 2 506

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə