Çin eyni daşıyıcı raketlə orbitə 18 peyk çıxarıb

Pekin, 12 mart, ARHD.AZ

Çin martın 12-də eyni daşıyıcı raketlə aşağı orbitə 18 peyk göndərib.

ARHD.AZxəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-8Y6” (“Long March-8Y6”) daşıyıcı raketinin buraxılışı səhər erkən saatlarda Haynan adasındakı kommersiya buraxılış məntəqəsində həyata keçirilib. “Çin kosmos elmləri və texnologiyaları korporasiyası” raketin peykləri planlaşdırılan orbitə çatdırdığını açıqlayıb. Çinin “Spacesail” kommersiya internet qruplaşmasını təşkil edəcək peyklər sistemin orbitə çıxarılan 5-ci peyk qrupudur.

Bu, “Uzun yürüş” seriyasından 563-cü raket buraxılışı olub.

Qeyd edək ki, Haynandakı kommersiya buraxılış məntəqəsində ilk raket buraxılışı ötən ilin noyabrında baş tutub. Hazırda məntəqənin 2-ci mərhələsinin inşası davam edir.

Baxış sayı: 1 241

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə