Qazaxıstanla Çin arasında dəmir yolu daşımalarının həcmi 18 faiz artıb

Astana, 21 fevral, ARHD.AZ


Qazaxıstanla Çin arasında dəmir yolu daşımalarının həcmi 18 faiz artıb


Cari ilin yanvar ayında Qazaxıstan ilə Çin arasında dəmir yolu daşımalarının həcmi 2,8 milyon tona çatıb ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz çoxdur.

ARHD.AZ “Qazaxıstan demir yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Dostuk” sərhəd-keçid məntəqəsi ilə daşımalarda 12 faiz artım qeydə alınıb və 1,5 milyon tona çatıb. “Altınkol” keçidi ilə 1,3 milyon ton yük daşınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 25 faiz çoxdur.

Qazaxıstan mallarının Çinə ixracı 5 faiz artaraq 1,1 milyon ton təşkil edib. Metal filizlərinin daşınması 5 faiz (652 min ton), qara metalların 77 faiz (104 min ton), neft məhsulları 50 faiz (32 min ton) və digər yüklərin (kəpək, qarışıq yem, bitki yağı) daşınması 30 faiz (215 min ton) artıb.

Baxış sayı: 3 568

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə