Avrozonanın xarici ticarət balansında profisit yaranıb

Roma, 18 fevral, ARHD.AZ


Avrozonanın xarici ticarət balansında profisit yaranıb


Avrozonada 2024-cü ilin dekabrında xarici ticarət balansının profisiti 15,5 milyard avro təşkil edib.

ARHD.AZ xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə, dekabrda Avrozonada ixracın dəyəri əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz artımla 226,5 milyard avro, idxalın dəyəri 3,8 faiz artaraq 211 milyard avro olub.

Hesabat ayında Avropa İttifaqında (Aİ) isə ixracın dəyəri əvvəlki ilin eyni dövrünə görə 3,7 faiz artaraq 209 milyard avro, idxalın dəyəri 3,9 faiz artaraq 192,7 milyard avro olub. Dekabrda Aİ-də 16,3 milyard avroluq müsbət saldo yaranıb.

2024-cü il ərzində Avrozonada ticarət profisiti 176,9 milyard avro, Aİ-də isə 150,1 milyard avro təşkil edib.

Baxış sayı: 3 228

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə