Bakı, 19 yanvar,  ARHQ.AZ






 

Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir.

 Bu sözləri Milli Məclisin deputat Səbinə Salmanova söyləyib.

O qeyd edib ki, Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək. Eyni zamanda, bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Məlum olduğu kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycanı və Gürcüstanı tarixən çoxtərəfli və sıx möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyev'in də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür.

Deputat bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar investisiya yatırıb. Bundan əlavə, ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərqlə Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə yüksələn xətt üzrə inkişafını sübut edir.

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında da inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Hər iki ölkənin qanunverici orqanında işçi qruplar fəaliyyət göstərir. Vaxtaşırı Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, eləcə də digər deputatlarımızın gürcüstanlı həmkarları ilə qarşılıqlı səfərləri və görüşləri olur. Bu da əlaqələrimizin yüksək xətlə inkişaf etməsindən və uğurlu parlament diplomatiyasından xəbər verir”, - deyə S.Salmanova vurğulayıb.




ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 2

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]