Bakı, 28 aprel, ARHD.AZ



AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb.

MEK-dən ARHD.AZ-a bildirilib ki, sərgidə akademik Zərifə Əliyevanın “Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Seçilmiş əsərləri” nümayiş olunur. Sərgidə, həmçinin görkəmli akademikin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən “Nurlu ömrün salnaməsi. Zərifə Əliyeva – 95 metodik vəsaiti”, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”, “Qaranlığa nur saçan zəka”, akademik Zərifə Əliyevanın 85 və 90 illik yubileylərinə həsr olunmuş oftalmologiyanın aktual problemlərinə dair beynəlxalq elmi konfransın materialları və digər nəşrlər yer alıb.

İki həftə davam edəcək sərgidə MEK tərəfindən tərtib edilən “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafik göstərici də nümayiş olunur.

Baxış sayı: 9 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə