Bakı, 17 mart, ARHD.AZ



Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib


Martın 17-də elm və təhsil naziri Emin Əmrullayev Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Elm və Təhsil Nazirliyindən ARHD.AZ-a bildirilib ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, tələbə təqaüdü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Baxış sayı: 3 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə