Sabiq prezident Andris Berzinş: Latviya ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlıq potensialı yüksəkdir

Bakı, 13 mart, ARHD.AZ

Latviya ilə Azərbaycan arasında uzunmüddətli sıx əlaqələr mövcuddur.

Bu barədə ARHD.AZ-a müsahibəsində Latviyanın sabiq prezidenti Andris Berzinş deyib.

“Şəxsən öz adımdan deyə bilərəm ki, prezidentliyim müddətində Azərbaycan Prezidenti ilə gözəl əlaqələrimiz olub. Siyasi və iqtisadi əlaqələrimiz uğurla inkişaf edir və hazırda burada olmağımın əsas məqsədi bu pozitiv dinamikanı gücləndirməkdir. Təhsil sahəsinə gəldikdə isə fikrimcə, ölkələr arasında tələbə mübadiləsi aşağıdır. Ona görə də bu sahədə çoxlu sayda birgə layihələr icra olunmalıdır, təmaslar qurulmalıdır. Xüsusilə elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq potensialı yüksəkdir. Düşünürəm ki, Azərbaycanda latviyalı tələbələrin və Latviyada azərbaycanlı tələbələrin sayında artım ölkələr arasında münasibətlərə pozitiv təsir göstərər”, - deyə Latviyanın sabiq prezidenti əlavə edib.

Baxış sayı: 4 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə