Azərbaycan və Qazaxıstan elmi müəssisələri memorandum bağlanmasına dair razılıq əldə edib

Bakı, 5 mart, ARHD.AZ


Azərbaycan və Qazaxıstan elmi müəssisələri memorandum bağlanmasına dair razılıq əldə edib


Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstan Respublikasının J.Jiembaeva adına Bitki Mühafizəsi və Karantin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq məqsədilə onlayn görüş keçirilib.

Bu barədə ARHD.AZ-a Dendrologiya İnstitutundan məlumat verilib.

Görüşdə Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən dosent Minarə Həsənova, Bitki mühafizəsi laboratoriyasının müdiri dosent Şaməddin Qəhrəmanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov iştirak ediblər. Görüşdə Dendrologiya İnstitutunda aparılan tədqiqatlar və qazanılan nailiyyətlər barədə məlumat verilib. Hər iki qurum tərəfindən birgə elmi-tədqiqat işlərinin aparılmasına dair memorandumun bağlanmasına dair razılıq əldə olunub.

Bitki Mühafizəsi və Karantin Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri dosent Nurcan Muhammadiyev Dendrologiya İnstitutu ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Baxış sayı: 3 235

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə