Bakı, 4 mart, ARHD.AZ



Azərbaycan İdman Akademiyası Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası ilə əməkdaşlığa başlayıb


Martın 3-də Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının (AİA) rəhbər heyəti Azərbaycan İdman Akademiyasında (AİA) qonaq olub.

ARHD.AZ xəbər verir ki, əvvəlcə qonaqlar Akademiyanın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.

AİA rəhbərliyi ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının Elmi işlər üzrə prorektoru Tursunzada Kuanqaliyeva, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsəm Aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.

Yekunda AİA ilə Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

Baxış sayı: 7 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə