Türk dövlətlərinin inteqrasiyasının gücləndirilməsində elmi təşəbbüslərin rolu müzakirə olunub

Bakı 4 mart, ARHD.AZ



Türk dövlətlərinin inteqrasiyasının gücləndirilməsində elmi təşəbbüslərin rolu müzakirə olunub


Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Qazaxıstanın xarici işlər nazirinin türk ölkələri və təşkilatları üzrə müavini Alibek Bakayev arasında görüş keçirilib.

Akademiyadan ARHD.AZ-a bildirilib ki, görüşdə türk dövlətlərinin inteqrasiyasının gücləndirilməsində elmi təşəbbüslərin rolu müzakirə olunub. Tərəflər türk xalqlarının tarixi, dili və mədəniyyətinin öyrənilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi üçün elm və təhsil sahələrində birgə səylərin vacibliyini vurğulayıblar.

Şahin Mustafayev akademiyanın 2024-cü il üzrə fəaliyyət hesabatını təqdim edib, qazaxıstanlı alimlərin elmi layihələrdə iştirakı və birgə elmi təşəbbüslərin həyata keçirilməsi barədə məlumat verib. O, həmçinin akademiyanın cari il üçün planlarını bölüşüb.

Alibek Bakayev görülən işlərin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Türk Akademiyasının elmi təşəbbüslərini dəstəklədiyini bildirib.

Baxış sayı: 4 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə