Bu gün Azərbaycanda qısa iş günüdür.


“ARHD.AZ” xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.


Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.


Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. 


Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.


Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.


Qeyd edək ki, sabahdan Azərbaycanda bayram tətili başlayır. Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. Şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 gün tətil olacaq. 31 mart isə bayramdan sonra ilk iş günü he

sab edilir.


Baxış sayı: 2 453

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə