Ötən gün Qubada kişinin arvadını və özünü öldürdüyü hadisənin bəzi detalları üzə çıxıb.


“ARHD.AZ” xəbər verir ki, rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində əvvəllər də münaqişələrin olduğu bildirilib.


Dünən isə qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün saat 16 radələrində evinə gəliblər. Bu zaman 1970-ci il təvəllüdlü qadının əri tərəfindən qətlə yetirilməsi, daha sonra isə 60 yaşlı Ağasiyev Ceyhun İsmayıl oğlunun öz həyatına da son qoyması məlum olub.


Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.

Baxış sayı: 2 251

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə