“Hərbi xidmətə çağırışçıların təkrar müayinəsi zamanı elə hallar olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyalarının qərarları Agentlik tərəfindən təsdiqlənmir”.


“ARHD.AZ” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.


“Bəzən də həmin qurum tərəfindən verilən yararsızlıq qərarı Agentliyimiz tərəfindən dəyişdirilir. Bu, mümkün haldır və hazırda da belə hallar müşahidə oluna bilər. Təbii ki, arzuolunmaz haldır. Bəzi yerlərdə, xüsusən regionlarda yetəri qədər tibbi məlumatların və avadanlıqların olmaması səbəbindən bu hallar baş verə bilər. Biz Agentlikdə əyani şəkildə və sənədlər əsasında yoxlama aparırıq”.

Baxış sayı: 2 621

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə