Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.


ARHD.AZ  xəbər verir ki, təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir. 


Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər. 


Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir. 


Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.

 

Baxış sayı: 2 888

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə