Qazaxıstan sahillərində Xəzər dənizində səviyyə son illərin ən aşağı göstəricilərindən birinə düşüb. 


ARHD.AZ  xəbər verir ki, bu barədə məlumatı “Kazhidromet” yayıb.


Belə ki, 2025-ci ilin sentyabrına olan məlumata görə, dənizin orta səviyyəsi mənfi 29,31 metrədək enib.


Qurum bildirir ki, Xəzərin şimal-şərqində səviyyə mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metrə çatıb. Təkcə son bir ildə dəniz suyunun səviyyəsi şimal-şərq zonasında 20 santimetr, şərq zonasında isə 17 santimetr azalıb.


Son 18 ildə Xəzərin su səthinin ümumi sahəsi 36 min kv2 kiçilib. Qazaxıstan sahilboyu zonasında dəniz xəttinin geri çəkilməsi bəzi yerlərdə 30–35 kilometrə qədərdir.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə