Baş Prokurorluğun nümayəndəsi: Cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması islahatların mərkəzində dayanır

Bakı, 23 may, ARHD.AZ


Prokurorluq orqanlarında həyata keçirilən islahatların mərkəzində şəffaflıq və aşkarlığın təmin olunması, eyni zamanda, cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığı artırmaq dayanır. Bu çərçivədə mütəmadi olaraq prokurorluq orqanlarının binalarında, o cümlədən Baş Prokurorluğun inzibati binasında "Açıq qapı" günləri keçirilir, mediaturlar təşkil olunur.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru, ədliyyə müşaviri Kənan Zeynalov deyib.

Kənan Zeynalov mediaturlarda media nümayəndələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, tələbələrin və ictimai fəalların iştirak etdiyini bildirib. "Həmin tədbirlər mütəmadi xarakter daşıyır. Ardıcıl olaraq belə tədbirlərin başqa inzibati binalarda və qurumlarda keçirilməsi nəzərdə tutulub. Bu gün keçirilən tədbirdə Qarabağ Universitetinin tələbələri və media nümayəndələri iştirak etdilər. Faydalı fikir mübadiləsi aparıldı, səmərəli müzakirələr oldu, suallar cavablandırıldı. Həmçinin "Konstitusiya və Suverenlik İli" ilə bağlı seminar keçirildi. Seminar zamanı hüquq və suverenliyə, prokurorluğun yeni çağırışlarına və digər əhəmiyyətli mövzulara toxunuldu. Tədbirin məqsədi cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı ictimai maarifləndirmə həyata keçirmək, aşkarlıq və şəffaflığı media nümayəndələri vasitəsilə cəmiyyətə ötürmək və suallara aydınlıq gətirməkdir", - deyə o vurğulayıb.

Baxış sayı: 7 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə