
Naxçıvan, 21 may, ARHD.AZ
Əhəmiyyət kəsb edən məlumatların sızmasında qlobal statistikalara əsasən 10 faiz artım olub və bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Bütün məlumat sızmalarının 74 faizinin insan faktoru (səhvlər, sosial mühəndislik, daxili sui-istifadə) ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir.
Əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikanı açıqlayan Davud Rüstəmov, oğurlanmış istifadəçi məlumatları əsasında edilən kiberhücumların sayının 71 faiz artdığını vurğulayıb.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində Azərbaycanda formalaşan kibertəhlükəsizlik ekosistemindən danışan Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi, normativ hüququ bazanın əhəmiyyətini də xüsusi vurğulayıb.