TƏBİB: İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Bakı, 21 may, ARHD.AZ


İşğaldan azad edilmiş ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.

ARHD.AZ xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin məlumatında bildirilib.

Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.

Baxış sayı: 5 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə