ANAMA: Ötən həftə 59 mina və 377 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Bakı, 19 may, ARHD.AZ


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 12-dən 18-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan ARHD.AZ-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 36, tank əleyhinə 23 mina və 377 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 1291,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Baxış sayı: 7 384

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə