Bakı, 30 aprel, ARHD.AZ


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib.

BŞTİ-dən ARHD.AZ-a bildirilib ki, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub.

İstedadlı şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, Qarabağa həsr olunan tədbirlərin və görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil ediləcək.

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümunələri və digər layihələrin hazırlanması həyata keçiriləcək.

Həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlərin, “Rəqəmsal vətənpərvər” adlı təqdimat və dizayn müsabiqəsinin təşkili, layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulub.

Baxış sayı: 4 507

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə