Məcnun Məmmədov: Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir

Zəngilan, 30 aprel, ARHD.AZ


İşğaldan azad olunmuş torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Ağalı sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb və onlarla torpaqdan istifadə ilə bağlı müqavilələr imzalanıb.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“İnanıram ki, dövlət tərəfindən infrastrukturla tam təmin olunmuş, torpağı əkinə hazır vəziyyətə gətirilmiş fermerlərimiz yaxın gələcəkdə bu ərazilərdə məhsul istehsalına başlayacaqlar. Burada, eyni zamanda, elmi-tətqiqat institutlarımız da sınaq əkinləri keçirəcəklər. Fermerlərə müxtəlif bitki növlərinin necə yetişdirildiyini əyani şəkildə göstərəcəklər. Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir və biz bunu azad olunmuş digər ərazilərdə də genişləndirməyi düşünürük”, - deyə nazir qeyd edib.

Məcnun Məmmədovun sözlərinə görə, 2026-cı ilin sonuna qədər 44 kəndin salınması və əhalinin geri qaytarılması nəzərdə tutulub: “Biz bu kəndlərin hamısında kəndətrafı torpaqları fermerlərin birgə qurduqları korprativlərə təhkim etməyi planlaşdırırıq. Nazirlər Kabinetinin qərarına əsasən, təhkim olunan torpaqlar üçün icarə haqqı ödənilməyəcək. Azad edilmiş ərazilərdə həm alınan texnika və qoşqular, eyni zamanda, əkin əraziləri üçün fərqli güzəştlər veriləcək. Bundan əlavə, formalaşdırılmış korporativlərə daha yüksək əmsallı subsidiyalar, güzəştlər tətbiq ediləcək. İnanırıq ki, korporativ təsərrüfatlar daha yaxşı nəticələr verəcək”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə