Zaqatala, 28 aprel, ARHD.AZ



Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu fikir akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə aprelin 28-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Qəlblərə nur saçan insan” adlı tədbirdə səsləndirilib.

Rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zaqatalanın ziyalı qadınları, tibb, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zərifə Əliyevaya həsr edilən film nümayiş olunub.

Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın mənalı ömür yolundan, Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən danışıblar. Bildirilib ki, Zərifə Əliyeva yüksək mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Vurğulanıb ki, xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi öz nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alim və ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.

Baxış sayı: 7 654

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə