KOBİA sədri: Rəqəmsal texnologiyaların inkişafı ticarət şəbəkələrinə müsbət təsir göstərir

Bakı, 24 aprel, ARHD.AZ



Biznes üçün ticarətlə bağlı statistika bizə bir daha ticarət şəbəkələrinin əhəmiyyətini göstərir.

ARHD.AZ xəbər verir ki, bunu “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, bildirib ki, kiçik və orta müəssisələr üçün satış imkanlarının genişləndirilməsi istehlakçı auditoriyasına çıxışın təmin olunması və rəqabətə davamlılığının artmasına yardım edir. Bu imkanlar KOB-ların dövriyyəsinə, gəlirliyinə və istehsal həcminə bilavasitə təsir edir.

“Ticarət şəbəkələrinin üstünlükləri bununla bitmir. Onlar bazarda qiymətlərin sabitliyinə, keyfiyyət standartlarının qorunub saxlanılmasına və şəffaf ticarət mühitinin formalaşmasına da öz töhfəsini verir. Bu isə öz növbəsində istehlakçıların hüquqlarının qorunması və təchizat zəncirinin optimallaşdırılması baxımından əhəmiyyət kəsb edir. Buna görə də dövlət məqsədyönlü addımlar atır, infrastrukturunu gücləndirir”, - deyə KOBİA sədri qeyd edib.

O.Məmmdov əlavə edib ki, logistika mərkəzləri kənd təsərrüfatı məhsullarının satışını təşviq edir, iri ticarət mərkəzləri ilə KOB-lar arasında əməkdaşlıq mexanizmlərini qurur: “Bu tədbirlər daxilində də KOBİA tərəfindən həyata keçirilən təşəbbüslər var. Belə ki, ötən il ərzində ümumilikdə 80-ə yaxın sahibkarlıq subyektinə, məhsulların ticarət şəbəkələrinə satışına dəstək verilib. Eyni zamanda, rəqəmsal texnologiyaların inkişafı ticarət şəbəkələrinə də öz müsbət təsirini göstərir. Elektron ticarət logistik texnologiyalar bazarını daha çevik edir və inkişafını stimullaşdırır”.

 

Baxış sayı: 4 511

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə