Ötən il KOBİA 1100-dən artıq biznes-planın hazırlanmasına dəstək verib

 

Bakı, 4 fevral,  ARHD.AZ


Ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 1047 təlim təşkil olunub.

Agentlikdən ARHD.AZ-a bildirilib ki, təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes-planın hazırlanması, layihələrin idarə olunması, yaşıl iqtisadiyyat və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-nın videotəlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes-planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2024-cü ildə agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Baxış sayı: 2 200

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]