
Bakı, 24 aprel, ARHD.AZ
“Almatı prosesi”nin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının növbəti nümunəsidir.
ARHD.AZ xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Almatı prosesi”nin III Nazirlər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün keçiriləcək konfransda üç əsas məsələyə diqqət ayrılacaq: "Bu məsələlər Azərbaycanın sədrliyinə və son iki ildə “Almatı prosesi”nə nəzər yetirmək, prosesə sədrliyin yeni ölkəyə ötürülməsi, təşkilatın növbəti illər üçün prioritetlərini müzakirə etməkdir".
Dövlət Xidmətinin rəisi bildirib ki, daha bir müsbət hal isə “Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi olacaq: "Bu sənəd Azərbaycanın təşəbbüsü ilə hazırlanıb və razılaşdırılıb. Bu, növbəti illər üçün fokuslanması lazım olan məqamları müəyyən edir",- deyə o qeyd edib.