Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib

Bakı, 21 aprel,ARHD.AZ



Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib.

Bu barədə ARHD.AZ-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət satınalmalarının vahid internet portalı ilə “Elektron məhkəmə” informasiya sistemi arasında aparılan inteqrasiya prosesi nəticəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.

Arayışların portal vasitəsilə əldə edilməsi barədə qaydalarla linkə keçid edərək tanış olmaq mümkündür.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə