Ankara, 15 aprel, ARHD.AZ
Türkiyənin şimalındakı Ordu vilayətinin meşə təsərrüfatı idarəsi Azərbaycana 7200 ağac tingi olan 3 yük maşını göndərib.
ARHD.AZ xəbər verir ki, tinglərin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkilməsi planlaşdırılır.
Yük maşınlarının yola salınması mərasimində Ordu vilayətinin valisi Muammer Erol da iştirak edib.
Ağac tinglərinin göndərilməsi bu il fevralın 20-23-də Ankarada Türkiyə-Azərbaycan danışıqları zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq təşkil edilib.
Bundan əvvəl Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaşıllıqların bərpasına töhfə vermək məqsədilə 2025-ci ildə ölkəmizə 100 min ağac tingi və 100 kiloqram toxum təhvil verməyi planlaşdırdığını açıqlamışdı.