Postmünaqişə dövründə Azərbaycanda 383 nəfər mina partlayışında həyat və sağlamlıqlarını itirib

Bakı, 4 aprel, ARHD.AZ



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində mina problemlərinin işıqlandırılması, Azərbaycanın mina problemlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet məsələlərdən biri olaraq ön plandadır. Agentlik tərəfindən 2021-2025-ci illərdə 24 layihəyə 355 min 500 manat maliyyə vəsaiti ayrılıb.

ARHD.AZ xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı “Minasız dünya - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbirdə çıxışında bildirib. Onun sözlərinə görə, mina problemi ilə bağlı qeyri-hökumət təşkilatlarının rolu xüsusilə vacibdir: "Onlar maarifləndirmə, humanitar minatəmizləmə və qurbanlara yardım sahəsində mühüm işlər görərək bu mübarizəyə öz töhfələrini verirlər. Azərbaycan da ən çox mina problemi ilə üzləşən ölkələr sırasındadır. Postmünaqişə dövründə 383 vətəndaşımız mina partlayışında həyat və sağlamlıqlarını itirib, ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı var. Hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı minatəmizləmə işləri aparılır", - deyə o qeyd edib.

 

Baxış sayı: 6 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə