“PAŞA Holdinq” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Novruz Bayramı münasibətilə bayram sovqatları çatdırıb.

2023-cü ildən etibarən “PAŞA Holdinq” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holdinq” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Novruz Bayramı münasibətilə təqdim edilən sovqatlar mart ayının əvvəlindən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

Baxış sayı: 4 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə