Tbilisi, 15 mart, ARHD.AZ

Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Acarıstan Muxtar Respublikasının Xulo rayonunda Müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım edib.

ARHD.AZ xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Xulo rayon meriyasının və Bələdiyyə Şurasının rəhbərliyi, Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş konsul Fuad Əzizov Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza da diqqət və qayğı göstərildiyini bildirib.

Diplomat xeyriyyə mərasimini Azərbaycan ilə Gürcüstan arasında yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib.

Xulo rayon rəhbərliyi Azərbaycan Dövləti tərəfindən göstərilən yardıma görə rayon camaatı adından minnətdarlığını bildirib.

Baş konsulluğun kollektivi 60 aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.

Baxış sayı: 5 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə