Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb-platforması istifadəyə verilib

Bakı, 14 mart, ARHD.AZ

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzlər Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 4SİM-in ev sahibliyi etdiyi Dördüncü Sənaye İnqilabı Azərbaycan mərkəzinin yeni veb-saytı (https://www.c4irazerbaijan.org/) istifadəyə verilib.

ARHD.AZ xəbər verir ki, platformada 4Sİ Azərbaycan mərkəzinin fəaliyyəti, DİF ilə birgə icra etdiyi layihələr və təşəbbüslər barədə məlumat öz əksini tapıb.

Azərbaycanlı istifadəçilər sayt üzərindən 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan 1000-ə yaxın tərəfdaşlıq şəbəkəsinə, eyni zamanda 200-dən çox çoxşaxəli təşəbbüsə qoşulmaq imkanı əldə edəcəklər.

Platformaya üzv olmaq istifadəçilərə qlobal ekspert şəbəkəsinə çıxış, icra olunan təşəbbüslərdə iştirak və peşəkarlar və innovatorlarla əlaqə imkanı verəcək.

Baxış sayı: 6 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə