İcbari tibbi sığortanın Çağrı mərkəzi ötən il 372 mindən çox zəngi cavablandırıb

Bakı, 6 mart, ARHD.AZ



İcbari tibbi sığortanın Çağrı mərkəzi ötən il 372 mindən çox zəngi cavablandırıb


İcbari tibbi sığortanın Çağrı mərkəzi tərəfindən 2024-cü ildə 372 mindən çox zəngə cavab verilib.

ARHD.AZ xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova mərkəzdə keçirilən “Açıq qapı” günündə deyib.

O qeyd edib ki, ötən il ərzində ümumi zəng sayı 372 min 114 olub: “Vətəndaşlar mərkəzə zəng etdikdə ortalama olaraq 15 saniyə xətdə gözləyiblər. Zənglərin 90,49 faizi 30 saniyə ərzində cavablandırılıb. Daxil olan müraciətlərin 107 min 653-ü müayinə və müalicə, 93 min 252-si göndərişlər, 17 min 165-i dərman vasitələri və tibbi sərflə təminat, 8 min 351-i müharibə iştirakçıları ilə bağlı olub. Bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavablandırılıb”.

Baxış sayı: 4 312

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə