Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.


“ARHD.AZ” xəbər verir ki, Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb.


Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:


Şuranın sədri


Azərbaycanın Birinci vitse-prezidenti


Şuranın üzvləri:


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri


Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi


Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri


Azərbaycan Respublikasının elm və təhsil naziri


Azərbaycan Respublikasının ədliyyə naziri


Azərbaycan Respublikasının maliyyə naziri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


Azərbaycan Respublikası Mərkəzi Bankının sədri


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.


Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.


Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.


Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.


Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Baxış sayı: 3 652

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə