ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Cenevrədə keçirilən ikitərəfli görüş başa çatıb.


“ARHD.AZ” TASS-a istinadən xəbər verir ki, tərəflər danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər.


Təxminən dörd saat davam edən müzakirələrdə əsas diqqət Ukraynanın iqtisadi bərpası və Rusiya ilə gözlənilən yeni danışıqlar mərhələsinə hazırlığa yönəlib.


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, görüş “Ukraynanın iqtisadi dəstəyi və bərpası” mexanizmlərinin işlənilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Ukrayna tərəfindən Rüstəm Umerov və David Araxamiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə bir araya gəlib.


Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin əvvəlki mərhələləri yanvar və fevral aylarında Əbu-Dabidə keçirilmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə hələ də Kiyevin Moskvanın bir sıra fundamental təkliflərinə cavab vermədiyini iddia edir.

Baxış sayı: 2 720

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə