"Missiyamızın əsas məqsədi hər hansı saziş imzalamaq deyil, bazarınızı öyrənmək və onun ehtiyaclarını anlamaqdır".


ARHD.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.


Onun sözlərinə görə, missiya şirkətlərə Azərbaycan biznesinin fəaliyyəti ilə tanış olmaq, həmçinin mövcud imkanlar və hökumətin planları barədə məlumat almaq imkanı yaratmaq məqsədi daşıyır.


"Qarşılıqlı fəaliyyət ikitərəfli olmalıdır. Məsələn, biz Azərbaycan Prezidenti İlham Əliyevi və nazirləri Vaşinqton və ya Nyu-Yorka səfərləri zamanı ABŞ şirkətlərinin nümayəndələri ilə görüşmək üçün qəbul etməyə şad olarıq. Tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə ABŞ-nin müxtəlif regionlarında Azərbaycan hökumətinin və özəl sektorunun nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil etmək niyyətindəyik", - deyə K.Çoksi qeyd edib.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə