Omanın paytaxtı Məsqət şəhərində ABŞ və İran arasında nüvə danışıqlarına start verilib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. 


Omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Steven Uitkoff rəhbərlik edir.


***


Omanda İran və ABŞ arasında danışıqlar başa çatıb. 


Yerli mənbələrin məlumatına görə, danışıqlar zamanı nüvə sənədlərinin mübadiləsi, həmçinin gələcək danışıqlar üçün “qırmızı xətlər” müzakirə edilib. 


Omanın xarici işlər naziri Bədr Əl-Busəidi ABŞ və İran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda məsləhətləşmələr keçirib.

Baxış sayı: 3 183

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə