ABŞ-nin böyük nümayəndə heyəti Ermənistana gedib.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.


Məlumata görə, nümayəndə heyətinin səfəri iki həftə çəkəcək və səfər ABŞ vitse-prezidenti Cey Di Vensin ölkəyə ziyarətinə hazırlıqların görülməsi məqsədi daşıyır.


Bildirilir ki, nümayəndə heyəti məskunlaşdığı "Armenia Mariott" hotelində onlarla otağı olan bütöv bir mərtəbəni bron edib. Otaqlarda mebellərdən yalnız masa və stullar qalıb, qalan hər şey yığışdırılıb.


Hotel işçilərinə həmin mərtəbədə olmaq qadağan edilib, qonaqların özləri hotelin başqa bir hissəsində yatırlar.


Xatırladaq ki, daha əvvəl Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyi elan olunmuşdu. Onun fevralın 9-da Ermənistana gedəcəyi, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.

Baxış sayı: 3 123

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə