İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda baş verən güclü partlayışdan sonra yayılan iddialara ölkə rəsmiləri tərəfindən aydınlıq gətirilib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.


Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.


Agentliyin məlumatlı mənbəsi həm Təngsirinin hədəf alınması, həm də onun öldürülməsi barədə şayiələri qəti şəkildə təkzib edib.


Xatırladaq ki, hadisə Bəndər-Abbasın Müəllim bulvarında yerləşən səkkizmərtəbəli yaşayış binasında qeydə alınıb. Partlayışın gücündən binanın iki mərtəbəsi, yaxınlıqdakı mağazalar və bir neçə nəqliyyat vasitəsi tamamilə dağılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər həlak olub, ən azı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Baxış sayı: 2 805

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə