Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.


ARHD.AZ xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında paylaşılıb.


Görüş zamanı X.Xələfov Pakistanın xarici işlər nazirinə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) sədrliyi çərçivəsində davam edən təşəbbüslər barədə məlumat verib.


Pakistanın xarici işlər naziri İshaq Dar ölkəsinin Azərbaycanın CICA-dakı liderlik roluna və regional əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi səylərinə tam dəstək verdiyini bir daha təsdiqləyib.


Tərəflər, həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

 

Baxış sayı: 2 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə