İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə danışarkən bildirib.


Z.Əliyev qeyd edib ki, qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə sığorta haqqının hesablanması qaydası dəyişdirilib:


“İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %; işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% tutulur. Əvvəl bu məbləğ 8000 manat idi”.

Baxış sayı: 2 171

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə