Qazaxıstanda korrupsiya cinayətlərində təqsirli bilinən şəxslərin seçkilərdə iştirakı qadağan edilə bilər. 


“ARHD.AZ” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin Senatının (yuxarı palatasının) deputatı, konstitusiya komissiyasının üzvü Nurlan Beknazarov bildirib.


“Qanunla müəyyən edilmiş qaydada korrupsiya cinayətlərində və ya hüquq pozuntularında təqsirli bilinən vətəndaşlar seçilmək hüququna malik olmamalıdırlar”, - Beknazarov deyib.


O həmçinin qeyd edib ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış, eləcə də azadlıqdan məhrum etmə yerlərində cəza çəkən vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək hüququ verilməməlidir. Bundan əlavə, başqa ölkədə daimi yaşamaq üçün Qazaxıstanı tərk edən, ölkə vətəndaşlığını itirən, həmçinin seçildikləri partiyanın sıralarını tərk edən və ya partiyasının fəaliyyəti dayandırılan deputatların mandatlardan məhrum edilməsi təklif olunur.


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yalnız partiya siyahıları üzrə seçiləcək 145 deputatdan ibarət birpalatalı parlament yaratmaq təşəbbüsü ilə çıxış edib. O həmçinin vitse-prezident vəzifəsinin təsis edilməsini, məşvərətçi orqanlarda islahatlar aparmağı və Konstitusiyaya bəzi digər dəyişikliklərin edilməsini təklif edib. İslahatın hazırlanması üçün onun fərmanı ilə konstitusiya komissiyası yaradılıb. Dəyişikliklərin referenduma çıxarılması planlaşdırılır.

Baxış sayı: 2 023

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə