Çin sədri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirib.


ARHD.AZ "Financial Times"a istinadən bildirir ki, yüksəkrütbəli hərbi məmurlara qarşı aparılan bir sıra antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Sidir.


Qeyd edilir ki, bu, ölkə ordusuna rəhbərlik edən orqan üçün misilsiz bir vəziyyətdir.


Daha əvvəl Çin Müdafiə Nazirliyi MHK sədrinin müavini Çjan Yusya və MHK-nın Birləşmiş Qərargahının rəisi Lyu Çjenli barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Nazirliyin bəyanatında bildirilir ki, məmurlar intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər.


Rəsmi məlumatlara görə, 2025-ci il ərzində Çində regional nazirliklər səviyyəsində və ondan yuxarı vəzifələrdə çalışan 69 məmur korrupsiyaya görə məsuliyyətə cəlb edilib. Ümumilikdə ötən il ərzində korrupsiya ilə bağlı bir milyondan çox iş araşdırılıb, 983 min nəfər məsuliyyətə cəlb olunub.

Baxış sayı: 2 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə