“Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər”.


“ARHD.AZ” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.


“Sənaye və ya ticarət palataları biznes ilə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhfə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür. Halbuki əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlar ilə deyil, xüsusi qanun ilə tənzimlənir.


Bu baxımdan, Azərbaycanda da “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu, biznes subyektlərinin fəaliyyətlərinin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır”, - deputat bildirib.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə