Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.


“ARHD.AZ” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.


Nəzarətin həyata keçirilməsi ilə bağlı bu qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunacaq.


Xüsusi icra məmurlarının fəaliyyətinə nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçiriləcək.


Xüsusi İcra Məmurlarının Palatasının üzvü xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər.


Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılacaq. Plan üzrə (növbəti) yoxlama iki ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılacaq.


Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz.


Plan üzrə yoxlamanın başlanmasına azı 10 iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir.

Baxış sayı: 3 135

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə